Nazir 2022-2026-cı illər üzrə baş verəcək əsas dəyişikliklərdən DANIŞDIbackend

Nazir 2022-2026-cı illər üzrə baş verəcək əsas dəyişikliklərdən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Baş nazirin rəhbərliyi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub”.

bunu bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, strategiyanın fəlsəfəsi haqqında danışmazdan əvvəl qeyd edim ki, ölkəmizin gələcəyi üçün başlıca çağırış – ölkə iqtisadiyyatını dərindən şaxələndirməklə və onun beynəlxalq rəqabət qabiliyyətini daim artırmaqla neftdən asılılığı minimuma endirmək, iqtisadi artımın sürətini və dayanıqlılığını gücləndirmək və bu şərtlər daxilində daha yuxarı gəlirli dövlətlər qrupuna doğru irəliləməkdir:

“Bu mənada, təqdim olunmuş ye­ni inkişaf strategiyası layihəsi ölkə iqtisadiyyatında 4 başlıca təməl də­yişikliklərin baş verməsini nəzərdə tutur. Bunlardan birincisi, dövlət sektorunun, dövlət şirkətlərinin, dövlət maliyyəsinin və iqtisadi idarəetmənin yeni keyfiyyətə trans­formasiyası və onun iqtisadiyyatın şaxələndirilməsinə səmərəli dəstəyini və töhfəsini təmin etməkdir”.

Nazir qeyd edib ki, ikinci istiqamət üzrə iqtisadiyyatın bütün sahələrində dövlət-özəl tərəfdaşlığını genişləndirmək və dövlət layihələrinin icra olunmasına özəl sektoru fəal şəkildə cəlb etmək nəzərdə tutulur.

Mikayıl Cabbarovun sözlərinə görə, üçüncü, mühüm dəyişiklik iqtisadiyyatda fəaliyyət mühitinin, ekosistemin keyfiyyə­tini yaxşılaşdırmaq, özəl sektorun inkişaf stimulunu və sürətini artırmaqla bağlı olacaq.

Mikayıl Cabbarov əlavə edib ki, dördüncü əsas istiqamət insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şərait yaratmaqdır:

“Əsas ideya ondan ibarətdir ki, dövlətin iqtisadi inkişafda və investisiyalarda aparıcı rolunun mərhələlərlə özəl sektor tərəfindən əvəzlənməsi üçün iqtisadiyyatda adekvat mühit formalaşdırılacaq­dır.

Məhz bu yanaşmalar strategiyanın başlıca istiqamətlərini təşkil edir. Demək olar ki, bütün dövlət qurumlarının fəal şəkildə cəlb olunduğu bu prosesdə ölkə iqtisadiyyatının bütün sahələrində strateji hədəfər, bu hədəfərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub.

Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektorun­da 5 faiz səviyyəsində formalaşması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması tə­min olunacaq. Bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur.

Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə 4 faiz artımını proqnozlaşdırırıq. Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sek­torunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz kimi bir artım göstəricilərindən söhbət gedir”.