Nazir Araqçinin səfərində QALMAQAL: Hava limanı İranın 4 çamadanını MÜSADİRƏ ETDİbackend

Nazir Araqçinin səfərində QALMAQAL: Hava limanı İranın 4 çamadanını MÜSADİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyrut hava limanında ranlı nazirin heyətinin çamadanları ölkəyə buraxılmayıb.

İnterpress.az xəbər verir ki, Livanın paytaxtı Beyrutun beynəlxalq hava limanında İran nümayəndə heyəti ilə bağlı insident yaşanıb.

Məlumata görə, “MTV Lebanon” kanalı bildirir ki, hava limanı əməkdaşları İranın Xarici İşlər naziri Abbas Araqçi ilə birlikdə gələn nümayəndə heyətinə məxsus dörd çamadanı buraxmaqdan imtina ediblər.

Yüklərin içərisində nə olduğu rəsmi şəkildə açıqlanmasa da, çamadanların ölkəyə girişinə icazə verilməyib və onlar yenidən təyyarəyə geri qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az