Nazir: “Qonşu ölkələrdən Gürcüstana turist səfərləri artıb”backend

Nazir: “Qonşu ölkələrdən Gürcüstana turist səfərləri artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstana Fars körfəzi, İsrail, Avropa İttifaqı və qonşu ölkələrdən səfər edən turistlərin sayı artıb”.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

Nazirin sözlərinə görə, quru sərhədlərin açılması məsələsi üzərində iş davam etdirilir: “Bölgə ölkələrindən fəal turist axını quru sərhədlərin təhlükəsiz açılmasına kömək edəcək. Quru sərhədlərimizdə hava sərhədində tətbiq olunan qaydalar olacaq və ciddi nəzarət həyata keçiriləcək”.

N.Turnava Gürcüstanın turizm sektorunun gözlənilən vaxtdan daha tez bərpa olunacağına əminliyini ifadə edib.

 

İnterpress.az