Nəhəng bankdan dollar proqnozubackend

Nəhəng bankdan dollar proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın nəhəng investisiya bankı “JP Morgan” inflyasiyanın aşağı düşməsi fonunda dollar dövrünün sona çata biləcəyini açıqlayıb.

İnterpress.az “Haberglobal”a istinadən bildirir ki, inflyasiyanın yavaşlaması bazarların FED-in faiz qiymətlərini yumşaltmasına səbəb olacaq. Bu isə güclü dollar dövrünün sona çatmasına səbəb ola bilər.

Analitiklərə görə, dolların 10 inkişaf etmiş ölkə valyutası qarşısında performansını ölçən Bloomberg Dollar İndeksi sentyabrda 6 faizdən çox geriləyib. Dollar son bir ayda bütün 10 inkişaf etmiş ölkənin valyutası qarşısında zəifləyib. Bu isə avro və yen kimi valyutaların güclənməsinə təkan verə bilər.