Hindistanda nəhəng piton işçiyə hücum edib. Təxminən 4 metr uzunluğunda olan ilan kişini yerə yıxaraq boğmağa başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Hadisə elektrik stansiyalarından birində qeydə alınıb.
İşçi boru kəmərinin siyirtməsini açmaq üçün əraziyə gəlib. Bu zaman qəflətən kolluqdan çıxan nəhəng piton onun üzərinə atılıb və sürətlə ayaqlarına dolanıb.
Kişi qışqıraraq kömək çağırmağa başlayıb. Həmkarları hadisə yerinə yalnız 20 dəqiqə sonra gəlib çata biliblər.
Həmin vaxt zərərçəkən artıq gücünü itirmək üzrə olub. Bədbəxt işçini xilas etmək üçün bütün növbə yoldaşları səfərbər olublar.
Xuraman Etibarlı
İnterpress.az






