Netanyahu Britaniya hökumətini İsrailə silah ixracı üçün lisenziyaları dayandırdığına görə tənqid edib.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
“HƏMAS altı israilli girovu edam etdikdən bir neçə gün sonra Britaniya hökuməti İsrailə silah ixracı üçün 30 lisenziyanı dayandırıb. Bu biabırçı qərar Yəhudi Dövlətinin 14 Britaniya vətəndaşı da daxil olmaqla 1200 nəfəri vəhşicəsinə qətlə yetirən HƏMAS-ı məğlub etmək əzmini dəyişməyəcək”, – Netanyahu deyib.
O bildirib ki, Britaniyanın “səhv qərar” HƏMAS-ı cəsarətləndirəcək.
“İngiltərə silahı olsa da, olmasa da, İsrail bu müharibədə qalib gələcək və ümumi gələcəyimizi təmin edəcək”, – hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, sentyabrın 2-də Böyük Britaniyanın xarici işlər naziri Lammi ölkədə İsrailə silah tədarükü üçün verilmiş 350 lisenziyadan 30-nun fəaliyyətinin dayandırıldığını bəyan edib.
O, bu silahlardan istifadənin “beynəlxalq humanitar hüququn ciddi pozulmasına səbəb ola biləcəyi” yüksək riskləri qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az