Niderlandda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə poçt markası buraxılıbbackend

Niderlandda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə poçt markası buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Krallığında fəaliyyət göstərən “Hollandiyada Azərbaycan Evi”nin təşəbbüsü ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə poçt markası çap edilib.
“Hollandiyada Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli bildirib ki, poçt markası Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsinə dair Sərəncamına uyğun olaraq, bu tarixi hadisəyə töhfə məqsədilə hazırlanıb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının təşəbbüsü əsasında “Niderlandda Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli ilə videogörüş də keçirilib.
Görüşdə E.Mirhəşimli görülən işlər barədə geniş məlumat verib. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, ankarabaku.com saytının rəhbəri, yazıcı-jurnalist Oktay Hacımusalı, jurnalist Bəxtiyar Məmmədov və digərləri çıxış ediblər. Tədbirdə Azərbaycan diasporunun, o cümlədən Niderlandda yaşayan həmvətənlərimizin fəaliyyəti müsbət qiymətləndirilib və hazırki informasiya müharibəsində onların üzərinə daha böyük məsuliyyətin düşdüyü vurğulanıb.

İnterpress.az