Niderlandın kəşfiyyat xidmətinin keçmiş rəhbəri ölkənin Baş nazir seçilə bilərbackend

Niderlandın kəşfiyyat xidmətinin keçmiş rəhbəri ölkənin Baş nazir seçilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Dik Shfun bu ölkənin Baş naziri postuna namizədliyi nəzərdən keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Dutch News” portalı məlumat yayıb.

67 yaşlı Shof kəşfiyyat xidməti ilə yanaşı, Niderlandın terrorla mübarizə idarəsinə rəhbərlik edib, həmçinin Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən miqrasiya idarəsində də işləyib.

Qeyd olunub ki, “Azadlıq Partiyası”, “Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası”, “Yeni Sosial Müqavilə” və “Fermerlər-Vətəndaş Hərəkatı” partiyaları ötən həftədən Baş nazirliyə namizədlə bağlı danışıqlar aparır.

Nəşrin məlumatına görə, Shofun Baş nazir postuna namizədliyi razılaşdırılıb. İndi danışıqlar aparan tərəflər gələcək nazirlər kabinetinin tərkibi ilə bağlı məsləhətləşmələr keçirirlər.