Nigeriyanın Ogun əyalətində silahlı dəstələrə qarşı keçirilən əməliyyatlarda 116 nəfər saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ogun Əyalət Polis İdarəsindən verilən məlumata görə, polis əyalətin müxtəlif yerlərində silahlı dəstələrə qarşı əməliyyat keçirib.
Əməliyyatlar zamanı aralarında qadınların da olduğu 116 nəfər saxlanılıb və silahlı dəstə üzvlərinə məxsus xeyli miqdarda sursat ələ keçirilib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP? eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.