Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada dövlət şəbəkəsinin çökməsi bütün ölkə ərazisində saatlarla davam edən elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Elektrik Ötürmə Şirkəti tərəfindən edilən açıqlamada, Enugu əyalətində saat 00.40 radələrində şəbəkədə “tam sistem çökməsi” səbəbiylə ölkədəki bütün elektrik şəbəkələrinin təsirləndiyi bildirilib.
Açıqlamada bildirilib ki, hazırda ölkədə nasazlıq üzündən ümumi elektrik enerjisi kəsilib. Elektrik xidmətində zaman-zaman problemlər yaşanan Nigeriyada keçən il ən az 8 dəfə baş verən “tam sistem çökməsi” bu il ilk dəfə yaşanıb. Nigeriyanın 12500 meqavat quraşdırılmış gücü var, lakin onun gücünün təxminən dörddə birini istifadə edir. Ölkənin bir çox yerlərində tez-tez elektrik enerjisi kəsilir. Bu səbəbdən insanların çoxu enerji ehtiyaclarını generatorlar vasitəsilə qarşılayır.