Nigeriyada son 20 ildə seçkilərdə 1525 nəfər öldürülübbackend

Nigeriyada son 20 ildə seçkilərdə 1525 nəfər öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada son 20 ildə seçkilərdə baş verən zorakılıqlarda 1525 nəfər ölüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Afrika qitəsinin ən sıx məskunlaşdığı Nigeriyada 1999-2019-cu illərdə keçirilən seçkilərdə baş verən zorakılıqlarda 1525 nəfər həyatını itirib.

Nigeriyada 2023-cü il fevralın 25-də keçiriləcək ümumi seçkilər yaxınlaşdıqca, ölkənin müxtəlif bölgələrində həyəcanlar artır.

2023-cü ilin fevralında keçiriləcək prezident seçkilərində rəqabət aparacaq 18 namizəd və partiya liderləri sentyabrın 29-da sülh sazişi imzalasa da, siyasi partiya tərəfdarları arasında zaman-zaman zorakılıq halları davam edir.

Qeyd edək ki, ölkədə 1999-cu ildən seçkilər keçirilir.