“Nizami ili” ICESCO-da da qeyd ediləcəkbackend

“Nizami ili” ICESCO-da da qeyd ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Gəncəvi ili ICESCO çərçivəsində təntənəli şəkildə qeyd olunacaq.

İnterpress.az-ın məlumatına görə, bu barədə ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazir deyib ki, artıq ICESCO-nun baş direktoru Salim Bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: “Azərbaycanda 2021-ci ilin “Nizami ili” elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq”.

 

İnterpress.az