NVIDIA bu videokartların istehsalını dayandıracaq.
İnterpress.az xəbər verir ki, bu barədə xarici texnologiya portalları məlumat yayıb.
NVIDIA şirkətinin məşhur videokart modelləri olan RTX 5070 Ti və RTX 5060 Ti-nin istehsalı dayandırılır. Buna səbəb süni intellekt sektorundakı sürətli inkişaf və tələbatın artmasıdır.
Süni intellekt səbəbindən 16 GB yaddaşa malik kartların istehsalı iqtisadi cəhətdən sərfəli olmaqdan çıxıb. ASUS və digər tərəfdaş şirkətlər artıq həmin modellər üçün konveyeri dayandırıblar.
İndi istehsalçılar əsas diqqəti 8 GB yaddaşı olan modellərə yönəldəcəklər. Bu qərarın ən azı aprel ayına qədər qüvvədə qalacağı, lakin müddətin uzadılmasının da istisna edilmədiyi bildirilir.
Oyun həvəskarları üçün əsas alternativ kimi köhnə, lakin populyar RTX 3060 modeli nəzərdə tutulur. Bununla belə, həmin modelin qiymətinin qaldırılacağı planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






