Nyu-Yorkun şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş veribbackend

Nyu-Yorkun şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Nyu-York şəhərinin şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib.

Bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumatına görə, Eri qraflığında 3,8 bal gücündə zəlzələ qeydə alınıb, yeraltı təkanların episentri Qərbi Seneka şəhərindən 2 km şərqdə olub.

Ocağı 3 km dərinlikdə yerləşən zəlzələnin Niaqara şəlaləsi ərazisində də hiss olunduğu qeyd edilir.