Oğul anasını ZƏNCİRLƏDİbackend

Oğul anasını ZƏNCİRLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğul anasını evdə zəncirdə saxlayıb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Novosibirsk yaxınlığında 20 yaşlı oğul qoca anasını sobaya zəncirləyib qaçıb. İndi o, anasına işgəncə verməkdə ittiham olunur.

Oğlan əvvəl anası ilə mübahisə edib və bundan sonra tövləyə gedərək mal-qaranı bağladığı zənciri götürüb.

Evə qayıdandan sonra qadını döyərək sobaya zəncirləyib, sonra otağı çöldən bağlayıb qaçıb.

Qadının qışqırtısını qonşu eşidib. O, mismar çıxardan alətlə qapını açıb və qadını xilas edib.

Hadisə yerinə gələn polis qadının ayağındakı zənciri çıxarmağa kömək edib.

Həmin şəxsə qarşı cinayət işi açılıb. İş məhkəməyə göndərilib.

Qeyd edək ki, bundan əvvəl 12 yaşlı qızını radiatora zəncirləyib və qızı ac saxlayan həmin şəxs 2 ay müddətinə həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az