Öldürdüyü sevgilisinin beynini, ciyərini və ürəyini yedibackend

Öldürdüyü sevgilisinin beynini, ciyərini və ürəyini yedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın İndiana ştatında ağlasığmaz qətl hadisəsi baş verib.

Cozef Oberhansli adlı şəxs təcavüz etdiyi 46 yaşındakı sevgilisi Tammi Co Blanton mişarla doğrayıb. Daha sonra o, qadının beynini, ciyərini və ürəyini çıxararaq bir hissəsini yeyib. Evə girən polislər Blantonun kəlləsini yemək stolunda, bədəninin qalan hissəsini isə vanna otağında tapıb. Polislər məsələ ilə bağlı açıqlamada gördükləri səhnənin qorxu filmlərindəki səhnələrdən daha dəhşətli olduğunu deyib.

Nəzarətə götürülən Cozef ilk sorğuda cinayəti törətdiyini etiraf etsə də, daha sonra ifadəsini dəyişib və bildirib ki, Blanton işdə olmadığı üçün onun evinə getdiyini və qapını döyəndə iki qaradərili adamla qarşılaşdığını, bu zaman adamların onu döydüyünü, polislər gələnədək huşsuz vəziyyətdə olduğunu vurğulayıb.

 

İnterpress.az