ABŞ Maliyyə Nazirliyi Deripaska ilə işləyən şirkəti 7 milyon dollar cərimələyib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “Gracetown Inc.” şirkəti sanksiya altındakı oliqarxla əlaqəli ödənişləri həyata keçirdiyi üçün cəzalandırılıb.
Məlumata əsasən, nazirlik “Gracetown Inc.” şirkətinə qarşı 7 milyon dollar məbləğində cərimə tətbiq edib.
Şirkət 2018-2020-ci illər ərzində sanksiya altında olan rusiyalı oliqarx Oleq Deripaska ilə əlaqəli müəssisədən 24 ödəniş emal etməkdə günahlandırılır.
Bundan əlavə, firmanın bloklanmış aktivlər barədə məlumatı 45 aydan çox müddətdə gizlətdiyi üzə çıxıb.
ABŞ rəsmiləri bu pozuntuları “kobud qanun pozuntusu” adlandırıb və sanksiyadan yayınma hallarına qarşı mübarizə aparmaqda qərarlı olduqlarını bəyan ediblər.
Xuraman Etibarlı
İnterpress.az






