“Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox” – Sabir Rüstəmxanlıbackend

“Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox” – Sabir Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır:

“Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması , müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır.

Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm ki, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır”.