Ölkədə son sutkada vaksinasiya olunanların sayı açıqlandı – FOTObackend

Ölkədə son sutkada vaksinasiya olunanların sayı açıqlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son gündə COVID-19 əleyhinə 58 282 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 592 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.