Hindistanda yük maşınını əli ilə saxlamaq istəyən şəxs əzilib ölüb.
İnterpress.az xəbər verir ki, Hindistanda faciəvi bədbəxt hadisə baş verib.
Məlumata görə, bir nəfər hərəkətdə olan yük maşınını əlləri ilə saxlamağa cəhd edib. Bu zaman o, ağır tonnajlı maşının altında qalaraq əzilib.
Dostları toqquşmanın qarşısını almaq və ona kömək etmək üçün dərhal irəli atılsalar da, səyləri nəticəsiz qalıb.
Ağır bədən xəsarətləri alan bədbəxt şəxs hadisə yerindəcə dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az






