“Omicron” ştammı daha çox YOLUXDURUCUDURbackend

“Omicron” ştammı daha çox YOLUXDURUCUDUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Omicron” ştammı ilə bağlı hazırda təşvişə ehtiyac yoxdur. Çünki daha əvvəl də biz koronavirusun “Delta”, “Delta plyus”, “Alfa”, “Beta” kimi mutasiyaya uğramış variantları ilə tanış olmuşuq. Heç bir mutasiyaya uğramış variantda öldürücülük və yoluxuculuq faizi (“Delta” xaric) ciddi bir fərqlənmə ilə hiss olunmayıb.

Bu sözləri Lent.az-a açıqlamasında Kiniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib. O bildirib ki, yeni ştammın əlamətləri haqqında fikir yürütmək isə hələ tezdir:

“Çünki klinik gedişlə bağlı araşdırmalar yetərsizdir. “Omicron” ştammının daha sürətlə yayılması ilə bağlı ön fikirlər var. Yoluxduruculuq indeksilə əlaqədar olaraq araşdırmalar başa çatmasa da, yoluxma sayında olan sıçrayışlar, sürətli artım rəqəmləri daha yoluxdurucu olduğuna şübhə yaradır. Elmi olaraq isə bu sübut edilməyib.

Yeni ştamma qarşı da mübarizə üsulu peyvəndlərdən istifadədir. Hər bir peyvənd bizi ağır xəstəlik hallarından və ölümdən 90 faiz qoruyur. Eynilə bu “Omicron” ştamına da aiddir”.