Qazaxıstanda on səkkiz yaşlı oğlan tapançalı basqınçını saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Bildrilir ki, Qazaxıstanda on səkkiz yaşlı oğlan tapança ilə basqın edən qulduru zərərsizləşdirərək saxlayıb.
Lombardlardan birində üzünə tibbi maska taxan naməlum şəxs əlindəki tapançaya bənzər əşya ilə lombard işçilərini hədələyərək 100 min tenge tələb edib.
Polisdən verilən məlumata görə, lombardda olan 18 yaşlı gənclər cinayətin qarşısını almaq üçün polis gələnə qədər cinayətkarı zərərsizləşdiriblər. Turan rayon polis əməkdaşları qulduru saxlayıblar.
Polis cəsur oğlanı sertifikat və duş dəsti ilə mükafatlandırıb.
Xuraman Etibarlı
İnterpress.az