“Onlar erməni diasporunun tam təsiri altında bunu edirlər” – Natali Qulebackend

“Onlar erməni diasporunun tam təsiri altında bunu edirlər” – Natali Qule

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnamənin səsvermə prosesinin detalları məlum olub.

İnterpress.az xəbər verir ki, bu qərəzli sənədi Dağlıq Qarabağ münaqişəsinin detalları barədə heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən, iclasboyu telefonlarında qurdalanan senatorların qəbul etməsi diqqətdən yayınmayıb.

Qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsvermə sonrası belə deyib: “Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?”

Bildirilib ki, çıxışlar zamanı Fransa Senatının bir çox üzvünün müharibənin dayandırılmasından, tərəflər arasında razılaşmanın əldə olunmasından xəbəri belə yoxdur. Məsələn, militarist ruhda çıxış edən senator Stefan Ravyenin sözlərinə görə, Fransadakı erməni gənclər vətənlərinə dönüb vuruşmaq istəyirlər, onların yolu açılmalıdır. O qeyd edib ki, Fransadakı QHT-lər onlara yardımçı olmalıdır. Digər senator Alen Rişar qondarma rejimin guya hələ 1991-ci ildən müstəqil dövlət kimi fəaliyyət göstərdiyini deyib. Bununla belə, iclasın yekununda çıxış edən Fransa Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Lemuan qətnamə layihəsinin Fransanın mənafeyinə uyğun olmadığını, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe sərgiləməli olduğunu diqqətə çatdırsa da, bu, Senatın mövqeyinə təsir etməyib.

İnterpress.az