OZON-da iPhone 15 sifariş edən qız telefon əvəzinə gil parçası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburq sakini OZON-da 71 min rubla (təxm. 1 173 man) iPhone 15 sifariş etsə də, smartfon əvəzinə gil parçası gəlib.
O, pulun qaytarılması üçün müraciət edib, lakin pul hələ də qaytarılmayıb.
Xuraman Etibarlı
İnterpress.az