“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) alyansa neft hasilatının həcmində dəyişikliyi tövsiyə etməyib.
İnterpress.az xəbər verir ki, bu barədə alyansın kommünikesində deyilir.
Komitənin iclası bu gün onlayn rejimdə keçirilib.
“JMMC 2023-cü ilin noyabr və dekabr ayları üçün xam neft hasilatı məlumatlarını nəzərdən keçirib və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə yüksək dərəcədə əməl etdiyini qeyd edib”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, JMMC-nin növbəti iclası aprelin 3-də keçiriləcək.