“Oskar” mərasimində Teyana Teylor mühafizəçini ona əl qaldırmaqda günahlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
“Döyüş uğrunda döyüş” filminin aktrisası Teyana Teylor “Oskar” mükafatlandırma mərasiminin mühafizəçisini onu vurmaqda ittiham edib.
Belə ki, aktrisa xatirə şəkli çəkdirmək üçün səhnəyə çıxmaq istəyərkən mühafizəçi ona əl qaldırıb.
İnsident mükafatların təqdimatı başa çatdıqdan dərhal sonra baş verib. Məşhur aktrisa “Warner Bros” şirkətinin rəhbərlərindən biri olan Pamela Abdi ilə birlikdə Pol Tomas Andersonun filminin çəkiliş qrupu ilə şəkil çəkdirmək üçün səhnəyə doğru gedib.
Basabasda mühafizəçi onların qarşısını kəsərək keçidi bağlayıb və aktrisanı itələyib ki, irəli gedə bilməsin.
Teylor buna dözməyərək kişinin üstünə qışqırıb və onun “qadına əl qaldırdığını” bildirib. Lakin mühafizəçi üzr istəmək əvəzinə, Teylordan ondan üzr istəməsini tələb edib.
Əlavə olaraq qeyd edək ki, “Oskar” mərasimlərində bu cür insidentlər nadir hallarda baş versə də, məşhurlarla mühafizə xidməti arasındakı gərginliklər hər zaman dünya mediasının diqqət mərkəzinə düşür və ictimaiyyət tərəfindən geniş müzakirə edilir.
Xuraman Etibarlı
İnterpress.az






