Övladlığa götürdükləri uşaqları kölə edən cütlüyə 375 il HƏBS CƏZASI – FOTObackend

Övladlığa götürdükləri uşaqları kölə edən cütlüyə 375 il HƏBS CƏZASI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə uşaqları qul etmək üçün övladlığa götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə NBC telekanalı məhkəmə qərarına istinadən məlumat yayıb.

Amerikada bir cütlük beş qaradərili uşağı kölə etmək üçün övladlığa götürüb. Uşaqlar 10 il zorakılığa məruz qalıb, ev yerinə tövlədə yerləşdirilib, döyülmə və aclıqla üzləşiblər.

64 yaşlı Donald Lantz və 63 yaşlı Cin Key Uatfeyzer uşaq evindən uşaqları qəyyumluğa götürüblər və onları hər şeydən məhrum ediblər.

Onları 12 saat ərzində tövlənin yardımçı binasında bağlı saxlayıblar.

Uşaqlar beton döşəmədə yatıblar və vedrədən tualet kimi istifadə ediblər. Otaqlarda kameralar quraşdırılıb.

Bəzən yeniyetmələr əlləri başlarının arxasında saatlarla otaqlarda dayanmağa məcbur olublar. Tövlədə su olmadığı üçün nə içə, nə də yuyuna bildilər. Onlara eyni şeylər verilirdi, məsələn, fıstıq yağı sendviçlər.

Bütün bu illər uşaqlar ağır yüklər daşımağa, ev işləri ilə məşğul olmağa, tarlada işləməyə məcbur olublar.

Bəzi hallarda uşaqlar torpağı əlləri ilə qazmalı olurdular.

Qonşular təsadüfən yeniyetmələrin tövlədən çıxarılaraq cərgəyə düzülüb tarlaya işə göndərdiklərini görüblər.

2023-cü ilin payızında uşaqların müdafiəsi orqanları anonim zəngdən sonra uşaqların vəziyyətini yoxlamaq üçün gəlib.

İstintaq başlayıb. Məlum olub ki, bütün müddət ərzində “valideynlər” uşaqlara bir qəpik də xərcləməyib, onlardan pulsuz əmək kimi istifadə ediblər.

Məhkəmə Donald və Ceni insan alveri və uşaqlara etinasızlıqda təqsirli bilib.

İndi Donald 160 il, Cin isə 215 il həbs cəzası alıb. Uşaqlar onları “monstr” adlandırıblar.