Özbəkistan qızıl ehtiyatına görə ilk ONLUQDADIRbackend

Özbəkistan qızıl ehtiyatına görə ilk ONLUQDADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan qızıl ehtiyatlarını artıran ilk on ölkə sırasına daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası məlumat yayıb. Məlumatlara görə, Özbəkistan 2013-2023-cü illər arasında qızıl ehtiyatlarını aktiv şəkildə artıran ölkələr arasında altıncı yerdə qərarlaşıb.

Ən çox ton qızıl Rusiya ehtiyatlarında saxlanılır.

Şuranın məlumatına görə, on il ərzində Özbəkistan qızıl ehtiyatlarını 154 ton artırıb.

İlk üçlüyə 1,3 min ton qızılla Rusiya, 1,2 min tonla Çin və 424 ton qızılla Türkiyə daxil olub. Qazaxıstan 151 tonla yeddinci yerdədir.

Ən az aktiv qızıl alıcısı 92 tonla onuncu yerdə olan Tailand olub.

Dünya Qızıl Şurasının araşdırmasına görə, mərkəzi bankların təxminən 29%-i 2025-ci ildə qızıl ehtiyatlarını artırmağı planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az