Pakistanda Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində polis əməkdaşları siyasətçilərə hücum etməyə hazırlaşan İŞİD terror təşkilatı üzvü 2 kamikadzeni yaxalayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Dawn qəzetində yer alan xəbərə görə, polis terror təşkilatı üzvü olan 2 kamikadzeyə qarşı əməliyyat keçirib.
Sözügedən iki terrorçu əməliyyat zamanı yaxalanıb.
Səlahiyyətlilər terrorçuların Əfqanıstanın Pktika əyalətində təlim keçdiyini bəyan edərək, bu şəxslərin İslam Üləmaları Cəmiyyətinin (JUI-F) lideri Mövlana Fəzlur Rəhman və Milli Xalq Partiyasından Eymal Vəli Xana hücum etməyə hazırlaşdıqlarını açıqlayıb.