Paris Apelyasiya Məhkəməsi parlament köməkçiləri ilə bağlı iş üzrə Marin Le Penə üç il həbs cəzası verib.
İnterpress.az xəbər verir ki, Fransanın Paris Apellyasiya Məhkəməsi ifrat sağçı siyasətçi, Marin Le Pen barədə parlament köməkçiləri işi üzrə qərarını açıqlayıb.
Məhkəmənin qərarına əsasən, Marin Le Pen üç il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, hökm Avropa Parlamentində parlament köməkçilərinin fəaliyyəti ilə bağlı aparılan cinayət işi çərçivəsində çıxarılıb.
Məhkəmə Le Penə üç il həbs cəzası verib, bunlardan ikisi şərti, biri isə elektron nəzarət altında keçirilməlidir.
Bundan əlavə, seçkilərdə iştirak qadağası 15 aya endirilib və bu da onun prezidentliyə namizədliyini irəli sürməsinə imkan verib və 100.000 avro cərimə tətbiq edilib.
Xuraman Etibarlı
İnterpress.az





