Partiya sədri: Azərbaycanın paytaxtı Kürdəmir olsunbackend

Partiya sədri: Azərbaycanın paytaxtı Kürdəmir olsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş verəcək zəlzələ bizi hazırlıqsız yaxalamamalıdır”.

İnterpress.az xəbər verir ki, bunu hakimiyyətyönlü Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Partiya sədri qeyd edib ki, mütəxəssislər yaxın illərdə Abşeronda güclü zəlzələnin ola biləcəyini iddia edirlər.

A.Səmədov paytaxtın köçürülməsi ilə bağlı bir zamanlar verdiyi təklifin aktuallığını qoruduğunu da bildirib: “Əhalinin paytaxta axışması nəticəsində Bakı çox yüklənib. Bu səbəbdən tıxacların aradan qaldırılması məqsədilə görülən işlər nəticə vermir.

Ona görə də vaxt itirmədən paytaxtın ölkənin mərkəzinə, seysmik cəhətdən ən təhlükəsiz yerə-Kürdəmir və ətraf rayonlardan ayrılan ərazidə salınan yeni şəhərə köçürülməsi üçün işlər başlamalıdır”.