Partiya sədri marixuana satışının qanuniləşdirilməsini istəyirbackend

Partiya sədri marixuana satışının qanuniləşdirilməsini istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Girçi” partiyasının lideri Yaqo Xviçia Gürcüstan parlamentində marixuananın istifadəsi, saxlanması və satışının dekriminallaşdırılmasını nəzərdə tutan qanun layihəsini qeydə aldırıb.

Yenisabah.az xəbər verir ki, hazırda 84 nəfər marixuananın istifadəsi, saxlanması və ya satışına görə karserdə cəza çəkir, 311 nəfər şərti cəzaya məhkum edilib və qanun qəbul olunarsa, heç kim həbs olunmayacaq.

Xatırladaq ki, 2018-ci ildə Gürcüstanın Konstitusiya Məhkəməsi marixuananın istifadəsini qanuniləşdirib, lakin onun yetişdirilməsi və satışı cinayət məsuliyyəti olaraq qalır.

Keçmiş baş nazir Bidzina İvanişvili o zaman demişdi ki, marixuananın tibbi məqsədlərlə yetişdirilməsinə icazə verilməsinin ölkəyə böyük faydası olacaq, lakin Gürcü Pravoslav Kilsəsinin mənfi mövqeyinə görə qanun layihəsi parlamentdən geri götürülüb.