Ermənistanın baş naziri parlament sədrinin şəxsi həyatından narazı qaldığı üçün onu gələcək planlarından silib.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinə istinadən verdiyi məlumata görə, Nikol Paşinyan Parlamentin sədri Alen Simonyandan məyus olub.
Bildirilir ki, spikerin şəxsi həyatı ilə bağlı məsələlər baş nazirin narazılığına səbəb olub və bu səbəbdən Paşinyan ona gələcəkdə hər hansı digər vəzifə verməyi planlaşdırmır.
Məqalədə qeyd olunur ki, hökumət rəhbərinin artıq yeni favoritləri var.
“Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələr Simonyanın parlamentin növbəti tərkibində yer almayacağına əmin olduqlarını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






