Ermənistan demokratik ölkə olduğu üçün qaçılmaz olaraq Avropa İttifaqına yaxınlaşacaq.
İnterpress.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə Davosda keçirilən forumda panel müzakirəsi zamanı bildirib.
“Biz Aİ-yə daha yaxın olmaq istəyirik. Çünki biz demokratik dövlətik. Əgər ölkəniz demokratikdirsə, siz Aİ-yə daha yaxın olmalısınız və ya onun bir hissəsi olmalısınız. “Əks halda, bu, sadəcə olaraq məntiqsizdir”, – Paşinyan deyib.
O xatırladıb ki, Ermənistan hökuməti Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini dəstəkləyib və parlament bu qanunu “yüksək ehtimalla” qəbul edəcək.
Paşinyanın fikrincə, bu, nəhayət, Ermənistanın Aİ ilə yaxınlaşması prosesinin başlanğıcını hüquqi cəhətdən təmin edəcək.
Paşinyanın sözlərinə görə, Ermənistanın Aİ ilə münasibətləri son illər ərzində böyük dəyişikliklərə məruz qalıb.
“Məsələn, biz vizanın liberallaşdırılması ilə bağlı müzakirələrə yeni başlamışıq. Bu, uzun illərdir ki, gündəmimizdədir, lakin biz bu proseslə bağlı danışıqlara belə başlaya bilmədik”.
İndi Paşinyan qeyd edib ki, Ermənistanla Avropa arasında münasibətlər çox böyük müsbət dinamika nümayiş etdirib.
Xuraman Etibarlı
İnterpress.az