Ermənistan hakimiyyəti Qarabağı tərk etmiş erməniləri müxtəlif təzyiqlərlə yenidən bölgəyə qaytarır.
İnterpress.az xəbər verir ki, Yerevan, Gümrü və s. şəhərlərə gələn Qarabağ erməniləri xüsusi avtobuslara mindirilərək yenidən Xankəndinə, Ağdərəyə və Xocavəndə qaytarılır.
Bölgəyə dönmək istəməyən sakinlərə sosial yardımı kəsilməsi, qeydiyyat problemləri və s. təhdidlər göstərilir.
Xankəndində Qarabağ döyüşlərinə qədər yaşayan 50 min sakindən 48 mini şəhəri tərk edərək Ermənistana getmişdi.








