Paşinyan Qalstanyanın hərəkətlərini diqqətlə izləyir və göstərişlər verir – “Hraparak”backend

Paşinyan Qalstanyanın hərəkətlərini diqqətlə izləyir və göstərişlər verir – “Hraparak”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın hərəkətlərini 24/7 monitorinq edir.

İnterpress.az xəbər verir ki, bunu erməni nəşri “Hraparak” hakimiyyətə yaxın mənbəyə istinadən yazır.

Baş nazir Nikol Paşinyan “Vətən uğrunda Tavuş” hərəkatını və onun lideri arxiyepiskop Baqrat Qalstanyanın hərəkətlərini 24/7 monitorinq edir.

Qəzetin yazdığına görə, Paşinyan saatlarla kompüter qarşısında oturur və ya telefonla canlı yayımlara baxır, Qalstanyanın görüşlərini və bəyanatlarını, mətbuata verdiyi şərhləri dinləyir.

“Sonra o, bu və ya digər epizoda necə reaksiya verməli, “Facebook”da nə yazmalı, “Mülki Müqavilə” üzvlərinin arxiyepiskopla necə qarşı-qarşıya durmalı olduğu barədə göstərişlər verir ki, hərəkat güclənməsin”, – nəşr qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az