Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: “Biz otuz il özümüzü aldatdıq”backend

Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: “Biz otuz il özümüzü aldatdıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə üçtərəfli görüş ərəfəsində Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.

“Report” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, hökumət başçısı ölkəsinin Zəngəzur icmalarının rəhbərləri ilə görüşüb.

N.Paşinyan görüşdə İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışıb.

“Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”, – Baş nazir vurğulayıb.

O bildirib ki, Ermənistan Zəngəzur yolunu bağlaya bilməz. “Çünki, Azərbaycan buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.