Paşinyan Rusiyanın təkliflərinə buna görə “HƏ” DEDİ – Manukyanbackend

Paşinyan Rusiyanın təkliflərinə buna görə “HƏ” DEDİ – Manukyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan sərhədlərlə bağlı Rusiyanın təkliflərini yalnız bir məsələyə görə qəbul etdi”.

bunu “Hayastan” blokunun deputatı Geqam Manukyan deyib.

O bildirib ki, Ermənistanın baş nazirinin demarkasiya və delimitasiya məsələsinə “hə” deməsinin yalnız bir səbəbi var: “Paşinyan anladı ki, son hadisələr zamanı əsir düşən erməni hərbçilər onun üçün başağrısına çevriləcək. Ona görə də qarşı tərəfdəkiləri hədələyə-hədələyə “hə” deməyə məcbur oldu. Əslində hələlik heç bir hüquqi proses təşkil edilməyib. Bunun günahkları hakimiyyətdir. Cəmiyyət onları hərəkətsizlikdə, passivlikdə suçlayır. Yəni, Paşinyan və onun komandası proseslərdə hərəkətsiz qalmaqla cinayət törədiblər”. (publika.az)