Paşinyan vətəndaşları Milad yürüşünə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətində bildirib. Baş nazir 6 yanvarda keçiriləcək yürüşün marşrutunu və vaxtını açıqlayıb.
Məlumata görə, Nikol Paşinyan 6 yanvarda – Milad bayramı günündə vətəndaşları xaç yürüşündə iştirak etməyə dəvət edib.
Aksiya Ermənistan Apostol Kilsəsində (EAK) həyata keçirilən islahatlara dəstək məqsədi daşıyır.
Baş nazirin sözlərinə görə, xaç yürüşü saat 13:30-da İrəvandakı Müqəddəs Qriqori Lusavoriç kilsəsinin girişindən başlayacaq. Daha sonra iştirakçılar Müqəddəs Katogike Tanrı Anası kilsəsinə doğru hərəkət edəcəklər.
Xuraman Etibarlı
İnterpress.az






