Paşinyanı hədəf alan paylaşım BAHA BAŞA GƏLDİ: 55 yaşlı erməni qadın HƏBS EDİLDİbackend

Paşinyanı hədəf alan paylaşım BAHA BAŞA GƏLDİ: 55 yaşlı erməni qadın HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Paşinyan haqqında paylaşım edən evdar qadın həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistanda 55 yaşlı evdar qadın sosial şəbəkələrdə “zorakılığa çağırış” etmək ittihamı ilə həbs edilib.

Məlumata görə, həmin şəxs paylaşımında ölkənin Baş naziri Nikol Paşinyanın adını çəkib.

Qadının vəkili Artak Movsisyanın sözlərinə görə, məhkəmə onun barəsində 1 aylıq həbs qərarı çıxarıb.

Hazırda 55 yaşlı qadın cəzaçəkmə müəssisəsində saxlanılır və müvafiq cəzasını çəkir.

Qeyd edək ki, Ermənistanda son dövrlər sosial şəbəkələrdə hökumət əleyhinə kəskin çıxışlar və paylaşımlara görə vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsi halları intensivləşib.

Xuraman Etibarlı

İnterpress.az