Paşinyanın Rusiyaya səfəri öz təşəbbüsü deyil? – Moskva çağırırbackend

Paşinyanın Rusiyaya səfəri öz təşəbbüsü deyil? – Moskva çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728_90

“Nikol Paşinyanın siyasi fəaliyyətində hər hansı bir məntiq tapmaq çətindir. Gürcüstana səfər başa düşülən idi, çünki Gürcüstan Ermənistan-Türkiyə-Azərbaycan danışıqlarında bir platforma yaratmağa çalışır. Lakin Rusiyaya ediləcək səfər açıq şəkildə Rusiya tərəfinin təşəbbüsüdür, çünki Ermənistan hakimiyyətinin nə istədiyini dəqiq başa düşmürlər. Rusiya Ermənistanın necə davranacağını anlamağa çalışır”., bu barədə erməni siyasətçi Armen Baqdasaryan danışıb.

“Son 2 gündə Ermənistan Respublikasının 2-ci (Robert Köçəryan) və 3-cü (Serj Sarkisyan) prezidentləri xüsusilə aktivləşib. Mən o aktivləşməni görürəm, çünki onlar da öz növbələrində Nikol Paşinyanın artıq süründürə bilməyəcəyini görürlər. O, gec-tez Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərində müəyyən addımlar atmalıdır. Bu, bizim üçün çox ağrılı olacağından, Ermənistanda ictimai qiyam olacaq”, – deyə Baqdasaryan bildirib.