Özünü Pavel Durovun 3 uşağının anası adlandıran İrina Bolqar İsveçrədə ona qarşı iddia qaldırıb.
interpress.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
2023-cü ilin martında Cenevrədə açılan iddiada Bolqar Durovun uşaqlarından birinə fiziki təzyiq göstərdiyini iddia edir. Qısa müddət sonra o, uşağın qəyyumluğu üçün mülki iddia qaldırıb.
Bolqarın vəkilinin sözlərinə görə, Durov məhkəmənin qadının xeyrinə çıxarılmış həbs qərarına etiraz etməyib.
Bolqarın sözlərinə görə, Durov ayda 150 min avro məbləğində aliment ödəməyi dayandırdıqdan bir neçə ay sonra hər iki iddia qaldırılıb. Alimentin ödənilməməsi işi davam edir.
“Forbes” daha əvvəl yazmışdı ki, Bolqar nəşrə uşaqların doğum haqqında şəhadətnamələrinin surətlərini, Durovun atalığın tanınmasını, habelə bu sənədlərin fransız və ingilis dillərinə notarial qaydada təsdiq edilmiş tərcümələrini təqdim edib.
Bu sənədlərlə işləyən tərcüməçi qeyd edib ki, sənədlərdə apostil var və o, yalnız orijinallara vurulur.
Xuraman Etibarlı
İnterpress.az