Peruda hökumət əleyhinə etirazlarda ən azı 12 nəfər ölübbackend

Peruda hökumət əleyhinə etirazlarda ən azı 12 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun Hulyaka şəhərində hökumət əleyhinə etirazlarda azı 12 nəfər ölüb, 38 nəfər yaralanıb.

“Report” xəbr verir ki, bu barədə San-Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb.

Qeyd olunub ki, ölənlərdən biri azyaşlıdır.

Yanvarın 6-da şəhərin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.

Nümayişçilər dövlət başçısı Dina Boluartenin istefasını və prezident seçkilərinin yenidən keçirilməsini tələb edirlər.