Peruda hökumət əleyhinə nümayişlər: daha 14 nəfər ölübbackend

Peruda hökumət əleyhinə nümayişlər: daha 14 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda prezident Boluartenin istefası və növbədənkənar seçki tələbi ilə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada daha 14 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

2022-ci il dekabrın 11-dən bəri hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 43-ə çatıb.

Ölkənin bir çox şəhərində minlərlə insan prezident Dina Boluartenin istefası, həbsdə olan Perunun keçmiş prezidenti Pedro Kastilyonun azad edilməsi, Konqresin bağlanması və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxıb.