Peyvənd olunanlar arasında lotereya: 2 milyon 800 min mükafatbackend

Peyvənd olunanlar arasında lotereya: 2 milyon 800 min mükafat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda bu gündən vətəndaşların koronavirus əleyhinə vaksin olunmasının təşviqi məqsədilə lotereya oyunlarının keçirilməsinə başlanılıb. peyvənd olunanlara pul mükafatları qazandıracaq kampaniya hər gün təsadüfi seçim əsasında təşkil olunacaq.

Bu ilin sonuna qədər davam edəcək lotereyanın ümumi mükafat fondu 2 milyon 800 min lariyə (900 min ABŞ dollarına yaxın) bərabərdir.

Minimal uduşun məbləği 100 lari təşkil edir. Hər gün 100 laridən 500 lariyədək, hər həftə isə 1 000, 1 500 və 10 min lari məbləğində pul mükafatları oynanılacaq.

Bakupostun yazdığına görə, yekun oyun ilin sonuna yaxın keçiriləcək və uduş fondu 100 min lari olacaq.