Peyvəndə qarşı çıxanlara ƏCAİB TƏKLİF: “Yuxuda vurulsun”backend

Peyvəndə qarşı çıxanlara ƏCAİB TƏKLİF: “Yuxuda vurulsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin prezidenti Rodriqo Duterte hesab edir ki, insanlar peyvənd olunmaq istəmirlərsə, yatarkən də COVID-19 əleyhinə peyvənd edilə bilərlər.

Dutertenin fikrincə, problem peyvəndlənmək istəməyənlərlə bağlıdır.

“Onları kəndinizdə axtarın, yanlarına gedib yuxuda peyvənd vuracağıq. Əgər peyvənd olunmaq istəmirlərsə, gəlin evlərinə gedək və gecə iynə vuraq. Təşəbbüsə özüm rəhbərlik edəcəyəm”, – prezident vurğulayıb.

Eyni zamanda, siyasətçi, ölkə sakinlərinin bir çoxunun hələ də COVID-19 əleyhinə peyvənd edilməməsində dolayı yolla özünün günahkar ola biləcəyini etiraf edib. O qeyd edib ki, 2021-ci ilin əvvəlində peyvənd çatışmazlığında da günahkar özüdür.

Filippində əhalinin kütləvi peyvəndi 2021-ci il martın 1-dən başlayıb. Ölkədə 8 peyvənd təsdiqlənib.