Polis rəisi rüşvət almaqla Operativ Qərargahın qoyduğu tələbləri pozur? – AÇIQLAMAbackend

Polis rəisi rüşvət almaqla Operativ Qərargahın qoyduğu tələbləri pozur? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi Mehman Həşimovun rayon ərazisində karantin qaydalarının pozulmasına göz yumması ilə bağlı iddialar səsləndirilib.

Bildirilib ki, rəis toy və ya obyekt sahiblərindən 3000 manat rüşvət almaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələbdən, yəni 150 nəfərdən çox qonağın gəlməsinə icazə verir.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu iddialar tamamilə cəfəngiyatdır, əsassızdır, həqiqəti əks etdirmir və böhtan xarakterlidir:

“Hiss olunur ki, bunu yayan qərəzlidir. Polisin və şöbənin fəaliyyətinə kölgə salmağa çalışır”.