Monqolustan Putini BCM-in orderi əsasında həbs etməkdən imtina etdiyini izah edib.
interpress.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
“Hamıdan üzr istəyirəm, amma əlimiz bir qədər bağlıdır”, – bu, Monqolustan hökumətinin bazar ertəsi ölkəyə rəsmi səfərə gələn Rusiya prezidenti Vladimir Putinin beynəlxalq həbsinə order verməməsindən sonra bəyanatıdır.
“Politico”nun ekspertlərə istinadən verdiyi məlumata görə, BCM-nin üzvü olan Monqolustan çox güman ki, Rusiya prezidentini həbs etməkdən imtina etdiyinə görə mühakimə olunacaq.
Putin sentyabrın 2-də Monqolustana iki günlük rəsmi səfərə gəlib. O, bunu Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti ilə edib.
Xuraman Etibarlı
İnterpress.az