Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkənin hava hücumundan müdafiə sistemlərini təkmilləşdirmək üçün ümumi dəyəri 100 milyard zlotidən (22,2 milyard avro) çox olan yeni avadanlıqlar üçün bir neçə müqaviləni təsdiqləyib.
Bu barədə İnterpress.az barədə xarici mediaya istinadən xəbər verir.
Polşa Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada qeyd olunub ki, sözügedən müqavilələr müxtəlif texnika, o cümlədən qısa mənzilli zenit-raket kompleksləri və 1700-ə yaxın pilotsuz uçuş aparatını əhatə edir.
Polşa hökumətinin 2018-ci ildə başlatdığı “Visla hava hücumundan müdafiə proqramı” çərçivəsində müqavilələr müdafiə naziri Blaşçak tərəfindən təsdiqlənib.
Polşa hökuməti Cənubi Koreya və ABŞ ilə ölkə ordusunu Avropanın ən güclü ordularından birinə çevirmək məqsədi ilə yüzlərlə tank və çoxlu sayda reaktiv yaylım atəşi sistemi almaq üçün müqavilələr imzalayıb.