Polşa prezidenti Zelenskiyə susmağı və Trampa qarşı kobud olmamağı tövsiyə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda sosial şəbəkə hesabında yazıb.
Duda Zelenskiyə * susmağı və Trampa qarşı kobud olmamağı tövsiyə edib.
“Bir neçə dəqiqə əvvəl Zelenski mənə zəng etdi və biz general Kelloqla son görüşlər və digər tədbirlər fonunda səmimi söhbət etdik.
Mən ona sarsılmaz mövqeyimizi çatdırdım. ABŞ-nin dəstəyindən başqa Ukraynada qan tökülməsini dayandırmaq və davamlı sülhə nail olmaq üçün başqa yol yoxdur.
Bu səbəbdən mən prezident Zelenskiyə təklif etdim ki, o, Donald Trampla sakit və konstruktiv əməkdaşlıq kursuna sadiq qalsın.
Hesab edirəm ki, xoşməramlılıq və dürüstlük ABŞ-nin danışıqlar strategiyasının əsasını təşkil edir. Mən şübhə etmirəm ki, prezident Tramp qlobal sabitlik və sülh üçün dərin məsuliyyət hissi ilə hərəkət edir”, – Duda qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az